“a” bəndinə stenokardiyanın və ürək çatışmazlığının ifadə olunma dərəcəsindən asılı olmayaraq nələrin aid olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bu bəndə stenokardiyanın və ürək çatışmazlığının ifadə olunma dərəcəsindən asılı olmayaraq aşağıdakılar da aiddir:
– transmural və ya təkrar miokard infarktları nəticəsində inkişaf edən ürəyin anevrizması və ya iriocaqlı kardiosklerozu;
– ürəyin işemik xəstəliyi nəticəsində ürək ritmi və keçiriciliyinin pozulmalarının davamlı, müalicəyə tabe olmayan formaları (tam AV-blokada, II dərəcəli AV-blokada, paroksizmal taxiaritmiyalar, politop mədəcik ekstrasistoliyası, sinus düyününün zəifliyi sindromu);
– yayılmış stenozlaşdırıcı proses (2 və daha çox tac arteriyasında 75%-dən artıq);
– sol tac arteriyası kökünün stenozu (50%-dən artıq) və (və ya) sol tac arteriyasının ön mədəciklərarası şaxəsinin yüksək təcrid olunmuş stenozu (50%-dən artıq);
– miokardın sağ tip qan təchizatında sağ tac arteriyasının stenozu (75%-dən artıq).