Astiqmatizmin istənilən növünün korreksiyası silindrik və ya kombinə olunmuş şüşələrlə bütün meridianlar üzrə tam aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan şəxslərdə görmə itiliyi korreksiya ilə ƏTC-nin “ç” bəndində göstərilən refraksiya həddini aşmırsa, yalnız yaxıngörmə, sadə və mürəkkəb yaxıngörmə astiqmatizmi olduqda təyin edilir, görmə itiliyinin aşağı düşməsinin digər səbəbləri (uzaqgörmə, uzaqgörmə astiqmatizmi və ya qarışıq astiqmatizm) olduqda isə korreksiyasız təyin edilir.