Baxmayaraq ki, çirklənmənin xarakteri və dərəcəsindən asılı olaraq istənilən məhsulun çirklənməsi pasientlərin təhlükəsizliyi üçün risk təşkil edir, inyeksiya və uzun müddət istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin çirklənməsi daha təhlükəli hesab edilirdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Çarpaz çirklənmənin qarşısı 2-ci fəsildə təsvir olunduğu kimi hər şeydən əvvəl sahələr və avadanlıqların düzgün layihələndirilməsi sayəsində alınmalıdır. Bu faəliyyətlər həmçinin prosesin münasib qaydada layihələndirilməsi və çarpaz çirklənmə riskinə nəzarət etmək məqsədi ilə effektiv və reproduktiv təmizləmə prosesləri də daxil olmaqladigər istənilən müvafiq texniki və təşkilatı tədbirlərin görülməsi ilə dəstəklənməlidir.