Yeni Əczaçılıq Keyfiyyət Sistemi (ƏKS) yaradılarkən və ya mövcud olan sistem dəyişdirilərkən şirkətin fəaliyyətinin həcmi və mürəkkəbliyi nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
ƏKS-in strukturuna risklərin idarəedilməsi prinsipləri də daxil edilməlidir. Baxmayaraq ki, sistemin bəzi aspektləri bütün, digərləri isə konkret sahələrə tətbiq edilir, ƏKS-in effektivliyinin qiymətləndirilməsi bütövlükdə istehsalat müəssisəsi səviyyəsində nümayiş etdirilməlidir.