Hər hansı bir orta qulaqda radikal və ya rekonstruktiv-bərpaedici cərrahiyyə əməliyyatlarından sonra yaxşı nəticə ilə vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən aparılmış əməliyyatdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Bu müddət bitdikdən sonra əməliyyatdan sonrakı boşluq tam epidermizasiya olduğu halda, qərar “Xəstəliklər cədvəli”nin 36-cı maddəsinin “d” bəndi üzrə çıxarılır.