İstehsalçı, yoluxucu xəstəlikləri və ya bədəninin örtülməyən hissələrində açıq yaraları olan işçilərin dərman vasitələrinin istehsalına buraxılmaması istiqamətində lazımi tədbirlər görməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsal sahəsinə daxil olan istənilən şəxs görəcəyi işə uyğun qoruyucu geyimlər geyinməlidir. İstehsalat və saxlanma zonalarında qida qəbulu, içmək, çeynəmək, tütün çəkmək, həmçinin qida və tütün məhsullarının, içkilərin və şəxsi istifadə üçün olan dərman vasitələrinin saxlanmasına yolverilməməlidir. Ümumilikdə istehsalat və məhsulun keyfiyyətinə mənfi təsir edə biləcək digər sahələrdə gigiyenik tələblərə uyğun olmayan hər hansı davranış yolverilməzdir.