Əsas istehsal və analitik avadanlıqların istifadəsinə dair aydın şəkildə hazırlanmış təlimatlar mövcud olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Əsas və ya kritik istehsal və analitik avadanlıqlar, eləcə də məhsul istehsal olunan sahələrə dair qeydiyyat jurnalları hazırlanmalıdır. Bu jurnallarda əməliyyatları yerinə yetirən şəxslər və tarix göstərilməklə sahələr və avadanlıqların,üsulların hər hansı istifadəsi, kalibrləmə, texniki qulluq, təmizləmə və ya təmir əməliyyatları qeyd edilməlidir. Keyfiyyəti İdarəetmə Sistemi çərçivəsində sənədlərin hesabatı aparılmalıdır.