Hesabat formasının “İnternet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları” hissəsi elektron ticarət vasitəsilə mal, iş və ya xidmətlərin dəyərinin ödənilməsi və internet səhifə, mobil tətbiq vasitəsilə aparılan ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və digər ödəniş hesabına və ya alətinə vəsaitin köçürülməsi üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Özünəxidmət terminalları üzrə əməliyyatlar ödənişlərin həyata keçirilməsi, ödəniş kartına vəsaitin köçürülməsi, elektron pula vəsaitin köçürülməsi və digər ödəniş hesabına və ya alətinə vəsaitin köçürülməsi üzrə təsnifləşdirilir.