Qeydlər təlimatlara uyğunluğu nümayiş etdirmək üçün hər hansı fəaliyyətin yerinə yetirildiyini isbat edən sənəddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Məsələn: fəaliyyətlər, hadisələr, tədqiqatlar və istehsal olunan seriyalar üçün onların paylanması da daxil olmaqla hər bir seriyanın tarixcəsi. Qeydlər həmçinin digər qeydlərin formalaşdırılması üçün məlumat mənbəyi rolunu oynayır. Elektron qeydlər aparıldıqda istifadəçi hansı məlumatların ilkin məlumat kimi istifadə ediləcəyini təyin etməlidir. Keyfiyyətə dair qərar vermək üçün əsas olaraq istifadə edilən bütün məlumatlar ilkin məlumat hesab edilməlidir.