Avadanlıqlar hər hansı xəta və ya çirklənmə riskinin qarşısını alacaq qaydada quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstehsal avadanlıqları məhsul üçün hər hansı təhlükə daşımamalıdır. Avadanlıqların məhsul ilə təmasda olan hissələri məhsulun keyfiyyətinə mənfi təsir edəcək dərəcədə məhsulla reaksiyaya girməməli, onlardan maddələr ayrılmamalı və ya maddələri absorbsiya etməməlidirlər.