Başlanğıc materialların çəkilməsi prosesi bu iş üçün nəzərdə tutulmuş ayrıca çəkmə otağında həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Tozun ayrılması ilə nəticələnən əməliyyatlar (məsələn: nümunələrin götürülməsi, çəkmə, qarışdırma, quru məhsulların qablaşdırılması və s.) zamanı çarpaz çirklənmənin qarşısını almaq və təmizlənməni asanlaşdırmaq məqsədi ilə müvafiq tədbirlər görülməlidir.