“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilənlər üçün aktiv revmatizmdən, qeyri-revmatik miokarditlərdən, miokard infarktından sonra, habelə ürəkdə, tac qan damarlarında, iri magistral və periferik damarlarda cərrahi əməliyyatdan sonra funksiyaların müvəqqəti pozulmaları olduqda, bərpa müalicəsinin başa çatması və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin tam bərpası üçün 1 aydan çox vaxt tələb olunduqda, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
40 | Hipertoniya xəstəliyi: | |||
a) III mərhələ | D | D | D | |
b) II mərhələ | C | C | C və ya B FƏRDİ | |
c) I mərhələ | C | C | B | |
ç) müalicədən sonra müvəqqəti funksional pozulmalar | Ç | – | Ç |