Analiz sertifikatları müvafiq spesifikasiyaya uyğunluğun qiymətləndirilməsi məqsədi ilə məhsul və materialların sınaqlarının nəticələrini özündə əks etdirən sənəddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Hesabatlar konkret tapşırıqların, layihələrin və ya tədqiqatların nəticələr, yekun və təkliflər də daxil olmaqla icrasına dair sənəddir. Bütün sənəd növləri təyin edilməli və onlara əməl olunmalıdır. Tələblər müxtəlif informasiya daşıyıcılarında olan bütün sənəd növlərinə aid edilir. Mürəkkəb sistemlər aydın olmalı, müvafiq qaydada sənədləşdirilməli, validasiya olunmalı və adekvat şəkildə nəzarət edilməlidir.