Suriyanın Deyrizor vilayətinin mərkəzi Deyrizor şəhərini JPG/PKK terrorçularından təmizlənib.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin dəstəklədiyi Müxalif Suriya Milli Ordusu və digər müxalif birləşmələr ötən gecə yarısı şəhərə daxil olub.
Deyrizor ölkənin cənub-şəhərində ən böyük şəhərdir, Suriyanın əsas neft emalı zavodları bu şəhərdə yerləşir. Suriya müxalifətinin Hələbə hücuma başladığı dönəmdə Suriya Ordusu şəhəri tərk etmiş, JPG/PKK terrorçuları daxil olmuşdu.