Avtorizasiya edilmiş maliyyə və qeyri-maliyyə əməliyyatları uğursuz əməliyyatlarının sayı, uğurlu əməliyyatların sayı və həcmi üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Əməliyyatlar aparıldığı ödəniş xidməti şəbəkəsinə (məkana) görə aşağıdakı kimi təsnifləşdirilir:

– “İştirakçıların öz şəbəkəsində aparılmış əməliyyatlar” – bu hissə operatorun xidmət göstərdiyi iştirakçının emissiya etdiyi ödəniş kartları ilə onun özünə məxsus ödəniş xidməti şəbəkəsində aparılmış bütün əməliyyatları əhatə edir.

– “Operatorun daxilində aparılmış əməliyyatlar” – bu hissə operatorun xidmət göstərdiyi iştirakçılar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə operatorun xidmət göstərdiyi digər iştirakçıların ödəniş xidməti şəbəkəsində aparılmış bütün əməliyyatları əhatə edir.

– “Ölkədaxili əməliyyatlar” – bu hissə operatorun xidmət göstərdiyi iştirakçılar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən digər ödəniş xidməti təchizatçılarının (5.1.2.2.1.1-ci və 5.1.2.2.1.2-ci alt bəndlərdə nəzərdə tutulmuş əməliyyatlar istisna olmaqla) ödəniş xidməti şəbəkəsində aparılmış bütün əməliyyatları əhatə edir.

– “Ölkəxarici əməliyyatlar” – bu hissə operatorun xidmət göstərdiyi iştirakçılar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə xaricində və xarici ödəniş xidməti təchizatçılarının ödəniş xidməti şəbəkəsində (Azərbaycanda aldığı lisenziya əsasında fəaliyyət göstərən xarici ödəniş xidməti təchizatçısının yerli filialı istisna olmaqla) aparılmış bütün əməliyyatları əhatə edir.