Gələn il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Heftelik.az-ın APA-ya isitnadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.