Hər gözdə uzaq üçün korreksiyasız görmə itiliyi 0,3-dən aşağı olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların ÜH-də xidmətə yararlılığı komandanlığın və hərbi hissə həkiminin rəyləri nəzərə alınmaqla, fərdi qaydada təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bu cür görmə itiliyi olan, HDQ-də çağırış üzrə xidmət keçən hərbi qulluqçular HDQ-də xidmətə yararsız hesab olunurlar, “Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən şəxslərin HDQ-də xidmətə yararlılıq kateqoriyası isə fərdi qaydada təyin edilir.