Hesabat formasında fırıldaqçılıq əməliyyatlarının qeydiyyatı baş verdiyi tarix üzrə deyil, fırıldaqçılıq əməliyyatının olması təsdiq olunduğu tarix üzrə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Məsələn, 5 yanvar tarixində baş verən əməliyyatın fırıldaqçılıq əməliyyatı olması yanvar ayının sonunadək təsdiqləndikdə əməliyyat yanvar ayı üzrə qeyd edilməli, yanvar ayından sonra təsdiqləndikdə isə təsdiqləndiyi ay üzrə qeyd edilməlidir.