III dərəcəli fil azarı (limfedema) və davamlı ağrı sindromu, barmaqların göyərməsi, soyuqda hərəkətlərin məhdudlaşması ilə müşayiət olunan, uğursuz təkrar stasionar müalicədən sonrakı II mərhələ angiotrofonevrozlar; qan dövranının cüzi pozulmaları ilə müşayiət olunan magistral və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri “b” bəndinə  aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.