İşçilərin açıq məhsulla, eləcə də avadanlığın məhsulla birbaşa təmasda olan istənilən hissəsi ilə təmasından qaçınılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İşçi heyət əllərin yuyulması qaydalarını bilməlidir. Steril dərman vasitələri kimi xüsusi qrup dərman vasitələrinə olan tələblər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən müvafiq əlavədə verilmişdir.