İstehsal olunan hər bir dərman vasitəsi və seriyanın həcmi üçün yazılmış və təsdiqlənmiş istehsal formulu və istehsala dair təlimatlar olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İstehsal formulu aşağıdakılardan ibarət olmalıdır:

– spesifikasiyaya uyğunluğuna dair koda istinad göstərilməklə məhsulun adı;

– dərman formasının təsviri, dozası və seriyanın həcmi;

– hər birinin miqdarı göstərilməklə istifadə ediləcək bütün başlanğıc materialların siyahısı; istehsal prosesi zamanı yoxa çıxa bilən istənilən maddə də qeyd olunmalıdır;

– yolverilən hədlər göstərilməklə məhsulun və aidiyyətiüzrə aralıq məhsulların əldə edilməsi gözlənilən hasilat miqdarı.