İstehsal olunan məhsulun çarpaz çirklənmə riskinin qiymətləndirilməsi və ona nəzarət zamanı aktivlik və toksikoloji dəyərləndirmənin də daxil olduğu keyfiyyətə dair risklərin idarə edilməsi prinsiplərindən istifadə olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Həmçinin sahə / avadanlıqların dizaynı və istifadəsi, işçi heyəti və materialların axını, mikrobioloji nəzarət, aktiv təsiredici maddənin fiziki-kimyəvi xarakterləri, prosesin xüsusiyyətləri, təmizləmə prosesi və istehsal olunan məhsulun qiymətləndirilməsi nəticəsində təyin edilən müvafiq limitlərə dair analitik imkanlar və s. kimi faktorlar da nəzərə alınmalıdır.