İstehsal prosesləri aydın şəkildə təyin olunmuş prosedurlara əsasən həyata keçirilməlidir; tələb olunan keyfiyyətdə məhsul əldə etmək, eləcə də istehsala dair lisenziya və qeydiyyat sənədlərinə müvafiq olması üçün onlar Eibarlı İstehsalat Təcrübəsi (EİT) tələblərinə uyğun təşkil edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

İstehsal proseslər ixtisaslı işçilər tərəfindən həyata keçirilməlidir. Material və məhsullarla bağlı bütün fəaliyyətlər – qəbul, karatinə yerləşdirmə, nümunələrin götürülməsi, saxlanması, markalanması, istehsala verilməsi, istehsal prosesi, qablaşdırma və realizasiya yazılı prosedurlar və ya təlimatlara əsasən həyata keçirilməli və qeydiyyatı aparılmalıdır.