Kəskin orta otitlərin labirintitlə fəsadlaşmasından, orta qulaqda aparılmış radikal cərrahiyyə əməliyyatından sonra hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bu maddədə nəzərdə tutulmuş digər hallarda “Xəstəliklər cədvəli”nin II qrafası ilə şəhadətləndirilənlərin qismən və ya tam azad edilmələri, III qrafa ilə şəhadətləndirilənlərin isə qismən azad edilmələri barədə qərar çıxarılır.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
37 | Vestibülyar funksiyanın pozulmaları: | |||
a) davamlı, mühüm dərəcədə ifadə olunmuş vestibülyar pozulmalar | D | D | D | |
b) davamsız, mülayim dərəcədə ifadə olunmuş vestibülyar pozulmalar | C | C | C və ya B FƏRDİ | |
c) vestibülyar qıcıqlara davamlı və mühüm dərəcədə ifadə olunmuş həssaslıq | A-3 | A | A, ÜH, DP, XQ-də FƏRDİ, HDQ-də-YS |