Sığorta, tutub saxlayan, mövqedə saxlayan və ya kanatla yanaşma sistemlərinin kanatları şaquli vəziyyətdə yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əgər kanatların bərkidilməsi lazımi şaquli xətdən kənarda bərkidilibsə, o zaman cədvəl 2-nin 3 və 4-cü sxemlərində göstərilmiş dartıcılar tətbiq edilməlidir.
CƏDVƏL 2
Cədvəl 2
Sxemin №-si | Bərkidilmənin qrafik sxemi | Bərkidilmənin xüsusiyyətləri |
1 | 2 | 3 |
1. | Kanatı üfüqi vəziyyətdə bağladıqda nəzərə alınmalıdır ki, onun sallanma bucağı nə qədər kiçik olarsa, onun bərkidildiyi nöqtələrdə (A və B) əmələ gələn qüvvə bir o qədər böyük olacaq. Əgər dartılan kanatın sallanma bucağı 10o-yə bərabərdirsə, A və B nöqtələrindəki qüvvə 3 dəfə artır. (FA=PL/2h). (Əgər L = 12 m; h = 2 m; Р = 800 N – onda, FA = 800 x 12/(2 x 2) =2400 N). | |
2. | Anker qurğusunda nöqtələrinin şaquli təkrarı. A və B nöqtələri arasında bucaq 30°-dən çox olmamalıdır. | |
3. |
| Kanat karabinin dartıcısından (a) keçirildiyində kanata bağlanmış dartıcı halqa sürüşən ola bilər və kanat karabinə “kəpənək” (b) düyünü ilə bağlandıqda kanat fiksasiya edilmiş ola bilər. Birinci halda (bənd 3, a) dartıcı halqa bərabər təsir edən kanatın dartma qüvvəsi ilə yüklənir. İkinci halda (bənd 4, b) isə əlavə olaraq kanatın qüvvəsinin bir hissəsi ilə də yüklənə bilər, çünki burada dartıcı halqanın kanat boyunca sürüşmə imkanı istisna olunmuşdur. Bunu dartıcı halqaları quraşdırarkən nəzərə almalı və onları dayaq kanata tətbiq edilən qüvvələrin istiqaməti arasındakı bucağın tənböləni üzrə yerləşdirməyə çalışılmalıdır.
|
4. |
|
Cədvəl 3
Anker xəttin kanatının sallanmasının miqdarı
Bağlanma nöqtələri arasında məsafə, m | Kanatın qabaqcadan dartılmasının miqdarı, N (kqQ) | Kanatın aşırımın ortasında nəzarət olunan sallanmasının miqdarı kanatın mm-lə diametrinə uyğun olaraq, sallanma, mm | |
8,8; 9,1; 9,7 | 10,5; 11,0 | ||
12 | 1000 (100) | 55 | 75 |
24 | 1000 (100) | 220 | 300 |
36 | 2000 (200) | 240 | 340 |
48 | 3000 (300) | 280 | 400 |
60 | 4000 (400) | 330 | 480 |