UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura 9 oyunla yekun vurulacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya” ilə üz-üzə gələcək.
“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) – “Slovan” (Slovakiya)
21:45. “Lill” (Fransa) – “Şturm” (Avstriya)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya)
00:00. “Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
00:00. “Benfika” (Portuqaliya) – “Bolonya” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa)
00:00. “Milan” (İtaliya) – “Srvena Zvezda” (Serbiya)
00:00. “Feyenoord” (Niderland) – “Sparta” (Çexiya)
00:00. “Ştutqart” (Almaniya) – “Yanq Boys” (İsveçrə
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.