“BOKT-nin emissiya etdiyi kredit kartlarının strukturu və dövriyyəsi haqqında statistik hesabat” forması (Forma ÖS-BOKT-2 – Əlavə №34) “BOKT-nin emissiya etdiyi kredit kartlarının strukturu haqqında statistik hesabat” (ÖS-BOKT-2.1) və “BOKT-nin emissiya etdiyi kredit kartlarının dövriyyəsi haqqında statistik hesabat” (ÖS-BOKT-2.2) cədvəllərindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“BOKT-nin emissiya etdiyi kredit kartlarının strukturu haqqında statistik hesabat” cədvəlində (ÖS-BOKT-2.1) dövrün sonuna ödəniş sistemləri üzrə kredit kartlarının və istifadəçilərinin sayı qeyd olunur.  cədvəldə kredit kartları ödəniş sistemləri üzrə təsnifləşdirilir. Visa və Mastercard ödəniş sistemləri üzrə kredit kartları premial, adi və digər olmaqla təsnifləşdirilir.  “Ondan Visa Business” və “ondan Mastercard Business” sətirlərinə həm premial, həm də adi biznes kredit kartları daxil edilir.