Braziliya millisinin sabiq futbolçusu, bu gün 43 yaşını tamamlayan Fabio Roşembak karyerasını bərpa edib.

Heftelik.az-ın “Dailystar”a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan “Quarani de Xaxim” ilə qısamüddətli müqavilə bağlayıb.

O, yeni komandası ilə meydana çıxdığı ilk matçda 3:2 hesablı qələbəyə sevinib.

F.Roşembak 2014-cü ildə karyerasını bitirdikdən sonra xoruz döyüşlərində iştirak etməsi ittihamı əsasında həbs olunmuşdu. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatındakı fermasına basqın edərək, 89 xoruz və 100 000 dollardan (75.000 funt-sterlinq) çox nağd pul ələ keçirmişdi.

Qeyd edək ki, futbolçu karyerası ərzində İspaniyanın “Barselona”, İngiltərənin “Midlsbro”, Portuqaliyanın “Sportinq” kimi klublarında çıxış edib. O, Braziliya yığmasının heyətində 7 oyun keçirib.