Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.
Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 10.57
Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.