Salyanda baş verən qəzada sürücü ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.