“Statistik vahidin emissiya etdiyi elektron pul ilə və onun ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-F-3 – Əlavə №39) statistik vahidin emissiya etdiyi kart əsaslı və kart əsaslı olmayan (şəbəkə əsaslı) elektron pul ilə və statistik vahidə məxsus ödəniş xidməti şəbəkəsində digər ödəniş xidməti təchizatçılarının (rezident və qeyri-rezident) emissiya etdiyi elektron pul ilə baş vermiş ölkədaxili və ölkəxarici fırıldaqçılıq əməliyyatları əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Statistik vahidin emissiya etdiyi elektron pul ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə ödəniş hesablarının sayı, əməliyyatların ümumi sayı və həcmi, həmçinin özünə məxsus ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi əks olunur.