“b” bəndinə hipertoniya xəstəliyinin II mərhələsi aiddir (AT 160-179 mm c.s.).

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Hipertoniya xəstəliyinin ikinci mərhələsi həm kliniki məlumatlar, həm də instrumental (rentgenoloji, EKQ, ExoKQ) müayinələr ilə aşkar edilən sol mədəcik miokardının hipertrofiyası, tor qişa damarlarının generalizə olunmuş və ya lokal daralması, proteinuriya və (və ya) kreatininin səviyyəsinin 105–176 mkmol/l olması ilə səciyyələnir. Hipertoniya xəstəliyinin II mərhələsində baş-beyin qan dövranının serebral, keçib gedən hərəki, hissiyyat, nitq, beyincik, vestibülyar və digər dinamik pozulmalarına rast gəlinə bilər.