MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, cari ilin yanvar-sentyabr aylarında 4 482 384 vətəndaş ölkə ərazisinə turizm səfəri həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 461 min 789 nəfər çox olub. Bu şəxslər ümumilikdə ilk 9 ayda 18 mln 541 min 185 turizm məqsədli səfər həyata keçiriblər ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% və ya 1 mln 887 min 704 səfər çox deməkdir.
Məlumat üçün bildirək ki, 2024-cü ilin ilk 9 ayında ölkə daxilində səfər etmiş şəxslərin hər biri bu müddətdə ortalama olaraq 4,1 dəfə səfər edib. Bu göstərici 2023-cü ilin həmin dövrünün nəticəsi ilə eynidir.
Cari ilin ilk 9 ayında turizm məqsədilə həyata keçirilən səfərlərin 35,43%-i və ya 6 mln 569 min 244-ü paytaxt Bakı şəhərinə, qalan 64,57%-i və ya 11 mln 971 min 941-i (64,57 %) isə digər şəhər və rayonlarımıza edilib. Bakı şəhəri istisna olmaqla, ən çox daxili turizm səfəri edilən rayonların siyahısında Qəbələ rayonu ilk sırada qərarlaşıb. Daha dəqiq desək, cari ilin ilk 9 ayında Qəbələ rayonuna 1 mln 186 min 015 turizm səfəri həyata keçirilib. Bu da Bakı istisna olmaqla, ümumi səfərlərin 6,4%-i deməkdir. 990 min 151 səfər ilə Qusar rayonu ikinci, 968 min 550 səfər ilə Quba rayonu üçüncü sıranı tutub.
Cari ilin ilk 9 ayında ölkə daxilində həyata keçirilmiş turizm səfərlərinin 41,34%-i və ya 7 mln 665 min 649-u “Qohum və ya dostlara baş çəkmək” məqsədli olub.
İstirahət məqsədilə daxili turizm səfərlərinin sayı 6 mln 982 min 448-ə bərabər olub və bu, ümumi səfərlərin 37,66%-ni təşkil edib.
1 mln 444 min 828 səfər (7,79%) ilə üçüncü sırada işgüzar səfərlər yer alıb.
2024-cü ilin yanvar-sentyabr aylarında müalicə məqsədilə digər bölgələrə səfər edənlərin sayı 1 mln 263 min 585 olub və bu, ümumi səfərlərin 6,82%-ni təşkil edib.
Səfərlərin 3,16%-i və ya 586 min 476-sı alış-veriş, 0,97% və ya 180 min 615-i dini ziyarət məqsədilə edilib.
Turizm səfərlərinin 2,25%-i və ya 417 min 584-ü isə digər məqsədlərə xidmət edib.
2024-cü ilin ilk 9 ayında “Qohum və ya dostlara baş çəkmək” məqsədilə həyata keçirilən turizm səfərlərinin 36,67%-i və ya 2 mln 811 min 36-sı paytaxt Bakı şəhərinə, 63,33%-i və ya 4 mln 854 min 613-ü isə digər şəhər və rayonlarımıza edilib.
Bakı şəhəri istisna olmaqla “Qohum və ya dostlara baş çəkmək” məqsədilə ən çox səfər edilən bölgələr arasında ilk sırada Naxçıvan Muxtar Respublikası qərarlaşıb. Belə səfərlərin sayı 369 min 057-ə bərabər olub. Paytaxt istisna olmaqla, Naxçıvan Muxtar Respublikasına səfərlər ümumi səfərlərin 4,8%-ni təşkil edib.
“Qohum və ya dostlara baş çəkmək” məqsədli turizm səfərləri üzrə ikinci sıranı 360 min 965 səfər ilə Sumqayıt şəhəri tutub.
Həmin dövrdə Qəbələ rayonuna eyni məqsədli turizm səfərlərinin sayı 314 min 343-ə bərabər olub.
Cari ilin yanvar-sentyabr aylarında istirahət üçün həyata keçirilən turizm səfərlərinin 27,37%-i və ya 1 mln 911 min 69 səfəri paytaxt Bakıya, 72,63%-i və ya 5 mln 071 min 379 səfər isə digər şəhər və rayonlarımıza edilib.
Bakı şəhəri istisna olmaqla, istirahət məqsədilə ən çox səfər edilən bölgə Qəbələ rayonu olub və həmin məqsədlə buraya 756 min 885 turizm səfəri həyata keçirilib.
İkinci sırada Qusar rayonu qərarlaşıb ki, həmin dövrdə bu bölgəyə 586 min 570 səfər həyata keçirilib.
Üçüncü sıradakı Quba rayonuna baş tutan istirahət məqsədli turizm səfərlərinin sayı isə 582 min 827-ə bərabər olub.
Cari ilin ilk 9 ayında Bakı şəhəri işgüzar səfərlərin sayına görə də ilk pillədə yer alıb. Belə ki, sözügedən dövrdə Bakıya iş məqsədilə 670 min 317 səfər edilib və bu da ümumi səfərlərin 46,39%-ni təşkil edib. Qalan 774 min 511 səfər (53,61%) isə digər şəhər və rayonlarımıza edilib.
Bakı şəhəri istisna olmaqla, ən çox işgüzar səfər Abşeron rayonuna və Sumqayıt şəhərinə edilib. 2024-cü ilin yanvar-sentyabr aylarında Abşerona iş məqsədilə 135 min 866, Sumqayıta isə 129 min 441 səfər həyata keçirilib.
Həmin müddətdə Gəncə şəhərinə baş tutan işgüzar səfərlərin sayı isə 120 min 82-ə bərabər olub.
Turizm səfərlərinin məqsədləri arasında müalicə üçün edilən səfərlərin də sayı kifayət qədər olub. Belə ki, cari ilin ilk 9 ayında müalicə üçün Bakıya edilən səfərlərin sayı ümumi səfərlərin 61,15%-ni və ya dəqiq desək, 772 min 704-nü təşkil edib. Müalicə məqsədli səfərlərin qalan 38,85%-i və ya 490 min 881 səfəri digər şəhər və rayonlarımızın payına düşüb.
Bakı şəhəri istisna olmaqla, müalicə məqsədilə səfər edilən bölgələr arasında ilk 2 sıranı Abşeron və Naftalan tutub. 2024-cü ilin ilk 9 ayında Abşeron rayonuna bu məqsədlə 96 min 196, Naftalan şəhərinə isə 83 min 305 turizm səfəri həyata keçirilib.
3-cü sıradakı Gəncə şəhərinə həmin dövrdə müalicə məqsədi ilə baş tutan turizm səfərlərinin sayı 82 min 975 olub.
Turizm səfərlərinin məqsədləri arasında müalicə üçün edilən səfərlərin də sayı kifayət qədər olub. Belə ki, cari ilin ilk 9 ayında müalicə üçün Bakıya edilən səfərlərin sayı ümumi səfərlərin 61,15%-ni və ya dəqiq desək, 772 min 704-nü təşkil edib. Müalicə məqsədli səfərlərin qalan 38,85%-i və ya 490 min 881 səfəri digər şəhər və rayonlarımızın payına düşüb.
Bakı şəhəri istisna olmaqla, müalicə məqsədilə səfər edilən bölgələr arasında ilk 2 sıranı Abşeron və Naftalan tutub. 2024-cü ilin ilk 9 ayında Abşeron rayonuna bu məqsədlə 96 min 196, Naftalan şəhərinə isə 83 min 305 turizm səfəri həyata keçirilib.
3-cü sıradakı Gəncə şəhərinə həmin dövrdə müalicə məqsədi ilə baş tutan turizm səfərlərinin sayı 82 min 975 olub.
Cari ilin yanvar-sentyabr aylarında alış-veriş üçün həyata keçirilən turizm səfərlərinin 35,81%-i və ya 210 min 1 səfəri paytaxt Bakı şəhərinə, Qalan 64,19%-i və ya 376 min 475-i isə digər şəhər və rayonlarımıza edilib.
Bakıdan sonra alış-veriş məqsədilə ən çox səfər edilən bölgələr Gəncə və Sumqayıt şəhərləri, eləcə də Naxçıvan Muxtar Respublikası olub. Cari ilin ilk 9 ayında Gəncə şəhərinə bu məqsədlə 91 min 273, Sumqayıt şəhərinə 31 min 728, Naxçıvan Muxtar Respublikasına isə 30 min 648 turizm səfəri həyata keçirilib.
Sözügedən dövrdə Bakı şəhərinə dini ziyarət məqsədilə həyata keçirilən turizm səfərlərinin sayı 64 min 369 olub ki, bu da həmin məqsədlərlə baş tutan ümumi səfərlərin 35,64%-nə bərabər olub. Dini ziyarət məqsədilə reallaşan 116 min 246 turizm səfəri digər şəhər və rayonlarımıza edilib.
Bakı istisna olmaqla, dini ziyarət məqsədilə ən çox səfər edilən bölgələr arasında Gəncə şəhəri ilk sırada qərarlaşıb ki, buraya həmin məqsədlə edilən səfərlərin sayı 38 541-ə bərabər olub. Dini ziyarət məqsədilə Gəncə şəhərinə edilən səfərlər həmin məqsədlə edilən ümumi səfərlərin 21,3%-ni təşkil edib.
Həmin dövrdə eyni məqsədlə Naxçıvan Muxtar Respublikasına 22 min 827, Abşeron rayonuna isə 12 min 94 turizm səfəri edilib.