İstehsal sahələri istehsalatı qorumaq üçün bütün amilləri nəzərə alaraq və materialların və ya məhsulun çirklənmə riskini minimuma endircək mühitdə tikilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sahələr məhsulun keyfiyyətinə zərər verməyəcək şəkildə təmir edilməli, onlara texniki qulluq olunmalı, eləcə də ətraflı şəkildə təsvir olunmuş yazılı təlimata əsasən təmizlənməli və aidiyyəti üzrə dezinfeksiya edilməlidir.