İstesalat Şöbəsinin müdirinin cavabdehlikləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstesalat Şöbəsinin müdirinin cavabdehlikləri aşağıdakılardır:
– tələb olunan keyfiyyətə nail olmaq məqsədi ilə məhsulların müvafiq sənədlər əsasında istehsal olunması və saxlanmasını təmin etmək;
– istehsala aid təlimatları təsdiq və onlara ciddi əməl olunmasını təmin etmək;
– istehsala dair sənədlərin məsul şəxslər tərəfindən qiymətləndirilməsi və təsdiqini təmin etmək;
– şöbəsindəki avadanlıq və sahələrin kvalifikasiya və onlara texniki qulluq olunduğuna təminat vermək;
– müvafiq validasiyaların yerinə yetirildiyinə təminat vermək;
– şöbəsinin işçilərinin ilkin və periodik təlimlərdən keçməsi və bu təlimlərin ehtiyaca uyğunlaşdırılmasını təmin etmək.