“BOKT-nin fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-BOKT-3.1) formasında kredit kartı istifadəçiləri eyniləşdirmə üsulundan asılı olaraq, FİN məlumatları əsasında eyniləşdirilən rezident fiziki şəxslər, FİN-i olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi əsasında eyniləşdirilən rezident fiziki şəxslər və qeyri-rezident fiziki şəxslərin sayı üzrə təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“BOKT-nin FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” formasında (ÖS-BOKT-3.2) fiziki şəxs olan kredit kartı istifadəçilərinin FİN-nin (böyük hərflərdən ibarət olmalıdır) “SHA-2, 256bit” biristiqamətli təhlükəsiz heş alqoritmi əsasında çevrilmiş (heşlənmiş) unikal heş (64 simvol) məlumatı əks etdirilir. FİN-ə bağlı bir və ya bir neçə kredit kartı üzrə hesabat dövrü ərzində ümumilikdə azı 3 (üç) məxaric əməliyyatı (nağd və ya nağdsız formada) aparılmışdırsa, FİN aktiv hesab olunur və müvafiq xanada “A” işarəsi qeyd edilir, aktiv hesab olunmayan FİN üzrə “P” işarəsi qeyd edilir.