Saxlanma sahələri başlanğıc və qablaşdırma materialları, aralıq, yarımfabrikat, hazır, karantində olan, buraxılan, ləğv edilən, qaytarılan və geri çağırılan məhsullar kimi müxtəlif növ material və məhsulların müvafiq qaydada saxlanmasını təmin edə biləcək əraziyə sahib olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Saxlanma sahələri müvafiq saxlanma şəraitini təmin edəcək şəkildə layihələndirilməli və uyğunlaşdırılmalıdır. Belə ki, onlar təmiz və quru olmalı, tələb olunan temperatur limitləri qorunub saxlanmalı və bunun üçün lazımi ölçmə vasitələri ilə təmin edilməlidir. Xüsusi saxlanma şəraiti (temperatur, rütubət və s.) tələb olunan yerlərdə bu təmin edilməli, yoxlanmalı və monitorinqi aparılmalıdır.