Sənədlər müvafiq şəkildə tərtib edilməli, hazırlanmalı, razılaşdırılmalı və paylanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Növündən asılı olaraq onlar məhsula dair spesifikasiyaya, qeydiyyat sənədlərinə və istehsal üçün lisenziyaya uyğun olmalıdır. Sənədlərin əslindən surətinin çıxarılması zamanı heç bir təhrifə yol verilməməlidir. Reqlamentləşdirici sənədlər tarix qeyd olunmaqla bu sahədə səlahiyyəti olan şəxs tərəfindən təsdiqlənməlidir. Sənədlər identifikasiya olunmalı, onların məzmunu birmənalı tərtib edilməli və qüvvəyə minmə tarixi göstərilməlidir.