İstifadəyə və ya realizasiyaya buraxılanadək bütün qəbul olunan materiallar və hazır məhsullar qəbuldan dərhal sonra fiziki və ya təşkilati yollarla ayrılmış karantin sahəsinə yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sifariş edilmiş aralıq məhsullar və yarımfabrikatlar başlanğıc materiallar kimi qəbul olunmalıdır. Bütün material və məhsullar istehsalçı tərəfindən müəyyən olunmuş, seriyalar üzrə ayrılmanı və ehtiyatların ardıcıl qaydada istifadəsini təmin edəcək qaydada, müvafiq şəraitdə saxlanmalıdır.