Stasionar borular onlardan axan maddələri və lazım gəldikdə axının istiqamətini də göstərəcək şəkildə markalanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Distillə, deionizə və aidiyyəti üzrə digər su boruları yolverilən mikrobioloji çirklənmə həddi və bu normadan kənaraçıxma hallarında görüləcək tədbirlər təsvir olunan yazılı təlimatlara əsasən sanitar işlənməlidir. Xarab olmuş avadanlıqlar mümkün qədər istehsal və keyfiyyətin yoxlanması sahələrindən kənarlaşdırılmalı və ya ən azından xarab olması barədə aydın şəkildə markalanmalıdır.