Keyfiyyətə dair risklərin idarə edilməsinin nəticələri çarpaz çirklənmə risklərinə nəzarət etmək məqsədi ilə görülən texniki və təşkilatı tədbirlərin dərəcəsinin müəyyən edilməsi üçün əsas olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bunlara ən azı aşağıdakılar aid edilə bilər:
– texniki tədbirlər aşağıdakıları əhatə edir:
– ayrılmış istehsal (sahə və avadanlıq);
– ayrılmış texniki avadanlıqları və havalandırma sistemi olan avtonom istehsal sahələri. Bəzi hallarda xüsusi sistemlərin də digərlərindən izolyasiya olunması tələb oluna bilər;
– istehsal proseslərinin, sahələrin və avadanlıqların istehsal, texniki qulluq və təmizləmə zamanı çarpaz çirklənmə ehtimallarını minimuma endirəcək şəkildə layihələndirilməsi;
– material və məhsulların işlənməsi və avadanlıqlar arasında ötürülməsi zamanı “qapalı sistem”-in istifadə edilməsi;
– qoruyucu tədbirlər olaraq izolyatorlar kimi fiziki baryer sistemlərinin istifadə edilməsi;
– tozun çirklənmə mənbəyinə yaxın nəzarət olunan təmizlənməsi. Məsələn, lokal sorucu qurğulardan;
– avadanlığın və ya onun məhsulla təmasda olan, eləcədə təmizlənməsi çətin olan (filtrlər və s.) hissələrinin, texniki qulluq alətlərinin ayrılması;
– birdəfəlik istifadə texnologiyalarının istifadəsi;
– təmizləməni asanlaşdıracaq şəkildə dizayn edilmiş avadanlıqlardan istifadə edilməsi;
– havada olan potensial çirkləndirici maddənin müəyyən sahədə lokalizasiyasını təmin etmək məqsədi ilə müvafiq hava şlüzlərinin və təzyiqlər fərqinin istifadə edilməsi;
– yenidən işlənib hazırlanmamış və ya lazımi səviyyədə işlənib hazırlanmamış havanın təkrar olaraq dövriyyəyə verilməsi və ya istifadəsinin səbəb olduğu çirklənmə riskinin minimuma endirilməsi;
– validasiya olunmuş effektivliyə malik yerində avtomatik təmizlənmə sisteminə malik vadanlıqların istifadəsi;
– ümumi yuma zonalarında avadanlıqların yuyulması, qurudulması və saxlanması sahələrinin ayrılması.