Ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsindən (stenokardiyanın ardıcıl tutmaları, ürəyin keçib gedən ritm və keçiricilik pozulmaları, ürək çatışmazlığının keçib gedən formaları), hipertoniya xəstəliyinin kəskinləşməsindən (hipertonik krizlərdən sonrakı hal), ürək aritmiyalarına görə aparılmış elektroimpuls terapiyasından sonra “Xəstəliklər cədvəli”nin 41-ci maddəsinin “ç” bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və “Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilənlər barəsində 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.