“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilənlər I-II funksional sinif ürək çatışmazlığı ilə müşayiət olunan qazanılmış ürək qüsurları (bu bəndin “a” yarımbəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar “c” bəndi üzrə çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

“c” bəndinə aşağıdakılar aiddir:

– yüngül dərəcəli (1-2-ci funksional sinif) ürək çatışmazlığı və morfoloji dəyişiklikləri ilə müşayiət olunan ürək xəstəlikləri;

– revmatizmin təkrar hücumları;

– ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I–II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;

– ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar;

– sol mədəciyin qulaqcıqarası və mədəciklərarası çəpərin anevrizmaları (əgər TYY transezofageal exokardioqrafiya müayinəsindən keçid yoxdursa).