Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 13-də saat 18:30 radələrində Xətai rayonu ərazisindən çağırış daxil olub.

Mərkəzdən Heftelik.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 14 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb.

***
13 dekabr, saat 23.49
Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubunda faciə baş verib.
Heftelik.az-ın Globalinfo.az-a istinadən verdiyi məlumata görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğub öldürüb.
Hadisənin qəsdən törədilmədiyi bildirilir.
Hələ ki, təfərrüatlar açıqlanmır.