Colani prezident olmaq istəyir

14 Dekabr 2024, 23:41

Dəməşqdə hakimiyyətə gələn Heyət Təhrir əl-Şam qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.

Heftelik.az-ın məlumatına görə, əl-Colani bunu “Al Araby” telekanalına müsahibəsində bildirib.

Əl-Colani deyib ki, əgər vətəndaşlar və ya ətrafındakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Heyət Təhrir əl-Şam BMT-nin terror təşkilatları siyahısındadır.