İranda zəlzələ oldu

14 Dekabr 2024, 08:39

İranını Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 21:58-də Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

“Mehr” agentliyi 15 evə qismən zərər dəydiyi, evlərin divarlarında çatlar yarandığı barədə məlumat yayıb.