Taylandın şimal-qərbindəki Tak əyalətində Qızıl Xaç Cəmiyyətinin xeyriyyə yarmarkasında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Thairath” qəzeti məlumat yayıb.
Hadisə cümə günü yerli vaxtla saat 23:30-da baş verib.
Polis partlayıcı qurğunu işə salmaqda şübhəli bilinən 16 və 17 yaşlı iki yeniyetməni saxlayıb.