Ucarda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Rüfət Dəyanət oğlu İsmayılov hovuzda boğularaq ölüb.

Fakt araşdırılır.