Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşündə Yaxın Şərqdəki vəziyyətə toxunulub.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd edib.