Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə əmək qabiliyyəti bərpa olunanadək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması dayandırılır (təxirə salınır).
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə- mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək də səyyar vergi yoxlaması dayandırılır (təxirə salınır).
Hər iki halda səyyar vergi yoxlaması 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır).